Finss.az xəbər verir ki, cümə axşamı səhər neft qiymətləri bir gün əvvəl verdiyi itkiləri geri qaytararaq mülayim şəkildə yüksəlir.
Londonun ICE Futures birjasında oktyabr müqavilələrinin qiyməti Moskva vaxtı ilə saat 8:06-a olan məlumata görə, bir barel üçün 0,28 dollar (0,43%) artaraq 65,91 dollar olub. Çərşənbə günü onlar 0,49 dollar (0,7%) ucuzlaşaraq 65,63 dollar/barelə düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI neftinin fyuçersləri 0,25 dollar (0,4%) bahalaşaraq bir barelə görə 62,9 dollar təşkil edir. Əvvəlki sessiyanın nəticələrinə görə onların qiyməti 0,52 dollar (0,8%) ucuzlaşaraq 62,65 dollar/barelə bərabər olub.
Çərşənbə günü ticarət zamanı Brent müqavilələrinin qiyməti iyunun 6-dan bəri ən aşağı səviyyəyə enərək 65,01 dollar/barelə, WTI isə 61,94 dollar/barelə enərək iyunun 2-dən bəri ən aşağı səviyyəyə düşüb.
Bazar iştirakçıları ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada baş tutacaq görüşü gözləyirlər.